Ceyhun Bayramov: “Azərbaycan - Bosniya və Herseqovina iqtisadi əlaqələri ürəkaçan deyil”
“Azərbaycan-Bosniya və Herseqovina arasındakı münasibətlər, siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir”.
“Minval.info” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın XİN başçısı Bisera Turkoviçlə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, yaxın zamanlarda hər iki ölkədə səfirlər fəaliyyətə başlayacaq.
“Biz həmçinin razılığa gəldik ki, iki ölkənin xarici işlər nazirlikləri siyasi məsləhətləşmələr keçirsin”, – deyə o əlavə edib.
Nazir bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsi ürəkaçan deyil:
“Biz bu əlaqələrin inkişaf etdirilməsi üçün razılığa gəlmişik”.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 2021-ci ilin iyun ayında təsis edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!