“Çelsi” Hazarı “Real Madrid”ə satmaqdan imtina edib
“Çelsi” yarımmüdafiəçi Eden Hazarı “Real Madrid”ə satmaqdan imtina edib.
2018-ci il Dünya Kubokunun Belçika milli komandasının bürünc mükafatçısı olan futbolçuya “Real” 170 milyon funt (190 milyon avro) təklif edib.
Ancaq “Real”ın şərtləri rədd edilib. Belə ki, yeni baş məşqçi Maurizio Sarri oyunçunu satmaq istəməyib.
“Hazar-Avropanın ən yaxşı futbolçularından biridir. Ümid edirəm ki, onu daha da yaxşı edə biləcəm, ancaq bu bir az çətin olacaq. O, artıq böyük uğurlar qazanıb”- deyə Sarri qeyd edib.
Qeyd olunur ki, “Çelsi” yenidən daha yaxşı şərtlərlə müqavilə təqdim etmək niyyətindədir. Bu müqavilədə məbləğ artırılaraq 300 min funt (335 min avro) olacaq.
27 yaşlı Hazar 2012-ci ildən “Çelsi”də oynayır. (oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mahir Emreli ilə bağlı pis xəbər
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
Benzemadan het-trik, "Real"dan qələbə
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb
Yenicə evlənən Ramil arvadı ilə çempionata hazırlaşır
“Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı
“Zirə” - “Keşlə” oyunundan sonra hakim döyülüb