26.10.2021 - 11:39
Dünya
19 baxış
Cavid Rəhman: "İran hökuməti edam cəzasını siyasi alətə çevirib"

“İranın qanunlarında və edam hökmlərinin icrasında mövcud problemlər bu anlama gəlir ki, hamısı olmasa da, əksər edamlar insanları yaşamaq hüququndan məhrum edən qanunsuz əməldir”.
“Azad İran” Telegram kanalı xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi həmməruzəçisi və raporçusu Cavid Rəhman Baş Assambleyaya və Məclisə təqdim edəcəyi növbəti illik raporla bağlı qurumun 3-cü komitəsində etdiyi çıxışında deyib.
O, İran İslam Cümhuriyyətindən beynəlxalq qanunlarla ziddiyyət təşkil edən edam cəzasının ləğvi üçün öz qanunlarında islahatlar aparmasını istəyib.
Raporçu qeyd edib ki, İranda edam hökmlərinin çıxarılmasının bir çox səbəbləri var və bunlar arasında qaranlıq və qeyri- qanuni səbəblər nəticəsində verilən çoxsaylı hökmlər nəzərə çarpır. Bu üzdən edam hökmü ilə cəzalandırmaq İranda sürətlə siyasi alətə çevrilə bilər.
“İranın məhkəmə sistemində struktur problemi o qədər dərin və beynəlxalq qanunlara ziddir ki, bu ölkədə məhkəmə sisteminin mövcud olması kəliməsini çətinliklə dilə gətirmək olar”, – deyə Cavid Rəhman əlavə edib.
O, sonda siyasi məhbuslara qarşı çıxarılan bu cür ittihamlardan bir neçəsini sadalamaqla yanaşı, İranda uşaq edamlarını da kəskin tənqid edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31