Cavanşir Feyziyev Mətbuat Şurasından istefa verib
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.
“Minval.info”un xəbərinə görə, o, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.
C.Feyziyev qeyd edib ki, bir neçə gün öncə feysbuk səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməyib: “Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib
Türkiyə prezidenti Azərbaycana gəlib - FOTOLAR
Müsavat mühacir qalmaqalı ilə bağlı açıqlama yaydı
“Taliban” “Qərb”lə işləyənlərə məktub göndərir: “Ya təslim olun, ya da ölün”
İlham Əliyev və Vladimir Putin görüşdü
Lavrov Türkiyəyə səfər edəcək – Masada üç məsələ var
Hafiz Hacıyevin səhhəti ağırlaşdı - Xaricə aparıldı