Canlı yayımda qollarını doğrayan yazar: “Utandım, məcburam...”
Dünən yazar Cəlil Cavanşir Feysbukda canlı yayımda damarlarını kəsərək intihara cəhd edib. Onun qardaşı hadisə yerinə gedərək yazıçının bu işindən yayındırıb.
Minval.info xəbər verir ki, C.Cavanşir bu gün Feysbuk hesabında dünənki hadisə barədə yazıb və peşman olduğunu bildirib:
“Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.
Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı