Cahangir Hacıyevin türmə həyatından xəbər var - Tualet növbəsində durur

Bankirin pulları həbsxanada karına gəlmədi, ona “elit dustaq” olmaq imkanı verilmədi
Jurnalist Məhəmmədəli Qəribli hazırda həbsdə olan, 15 il cəza almış Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin türmə həyatı ilə bağlı maraqlı məlumat açıqlayıb. O, facebook səhifəsində yazıb ki, cinayət aləmindən uzaq olan bir tanışı başına gələn təsadüfi hadisə səbəbindən həbsxanaya düşüb və bu yaxınlarda azad edilib. Sitat: “Onunla görüşüb söhbət etdik. Dedi ki, 13 saylı “zon”dan buraxılıb. Tanınmışlardan kimin oralarda olduğunu soruşdum. Hazırda Qaradağ zonasında ən “populyar” dustağın Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev olduğunu bildirdi. Sabiq bankirin necə “srok” çəkdiyi ilə maraqlandım.
Cavab belə oldu: “Nə qədər çarpışsa da, ona imtiyazlı şərait yaradılmadı. 100 nəfərlik barakda qalır, qara paltar geyinir və hər gün mənimlə iki dəfə “razvoda” çıxırdı, hamı ilə birlikdə tualet növbəsinə dururdu”. Bəzən adama taladığı milyardlar da kömək etmir”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir