Cənubi Çin dənizində ABŞ-ın sualtı qayığının qəzaya uğraması səbəbləri açıqlanıb

ABŞ-ın “USS Connecticut” nüvə sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb. Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb.
Minval.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims bildirib.
Hərbçilər daha əvvəl bildirmişdilər ki, hadisə oktyabrın 2-də “Connecticut” zərbə atom qayığında olub, nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.
“USS Connecticut” hərbi gəmisinin Hind-Sakit Okeandakı beynəlxalq sularda əməliyyat zamanı əvvəllər məlum olmayan dəniz zirvəsi ilə toqquşduğu aşkarlanıb”, – o deyib.
Sims qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının komandanlığı sonrakı hərəkətlərin qaydasını müəyyən edəcək. Onun sözlərinə görə, cinayəti törədənləri məsuliyyətə cəlb etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!