"Cəmiləyə dedim ki, 200 manatı sən götür, amma..." - Veriliş ətrafında qalmaqal bitmir
Müğənni Mərdan Kazımov onunla birlikdə “Xəzər” televiziyasında yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişində iştirakçı olan, aktrisa Cəmilə Tağızadənin ittihamlarına cavab verib.
Minval.info-ya açıqlama verən ifaçı verilişdə qalib olmasının ədalətli olduğunu deyib:
“Cəmilə Tağızadə jurnalist Könül İbrahimi verilişə dəvət edib, Könül də məni dəvət etdi. Əylənərik, maraqlı olar deyə qatıldım. Hətta, Könüldən soruşdum mübahisə, qalmaqal olmayacaq? O da dedi ki, yox. Məsələnin bu qədər uzanacağını heç vaxt düşünməzdim. Cəmilənin ittihamları ilə razılaşmıram. Hər halda, veriliş efirə gedəndə hər kəs özü görəcək ki, qalibiyyətə kim layiq idi. İştirakçılara hansısa ödəniş ediləcəyi deyilməmişdi. Sadəcə bazarlıq üçün hər kəsə 50 manat verilirdi. Beləliklə, hər birimizin bazarlığı qarşılandı, iştirakçılara xallar ədalətli verildi.
Qalib olduqdan sonra müşahidə etdim ki, Cəmilə Tağızadə inciyib. Bu, mənə pis təsir etdi. Cəmiləyə yazdım ki, istəyirsənsə, 200 manat qalibiyyət pulunu sənə verim. Cəmilə pulu istəmədi. Mənim üçün belə söz-söhbətlər maraqlı deyil. Gərək görmürəm”.
Qeyd edək ki, verilişin aparıcısı aktrisa Xəyalə Quliyevadır. Sözügedən verilişdə aktrisa Cəmilə Tağızadə və müğənni Mərdan Kazımovla birlikdə jurnalist Könül İbrahim, aparıcı Fidan Oruc da yarışıb.
Nərmin
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal