BYD 183 min avtomobilini geri çağırır
Çinin BYD avtomobil istehsalçısı, daxili bazarda 183 mindən çox avtomobilini geri çağıracağını açıqlayıb. Bu qərar, əyləc sistemindəki mümkün qüsurlarla əlaqədardır.
Minval.info xəbər verir ki, geri çağırılma, əsasən “Tang” seriyalı elektrik avtomobilləri və hibrid SUV-ləri, həmçinin təxminən 40 min “Qin” seriyalı sedanları əhatə edir. Əyləc pedallarının yastıqlarının materialında olan qüsurlar, uzun müddət istifadə zamanı və ekstremal şəraitdə qırılma riskini artırır.
Çin tənzimləyiciləri, nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarəti gücləndirməkdədir. Hakimiyyət orqanları, sürətli inkişaf dövrlərində istehsalçıların keyfiyyətdən imtina etmə ehtimalından narahatdırlar. Qeyd edək ki, BYD, Çində ən çox satılan avtomobil markasıdır və onu “Geely” və “FAW-Volkswagen” izləyir.
ƏLAQƏLİ
Brüs Uillisin yeni görüntüsü: Anasını və keçmiş həyat yoldaşını tanımır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Brüs Uillisin yeni görüntüsü: Anasını və keçmiş həyat yoldaşını tanımır
Murat Bozun jesti sosial şəbəkələrdə müzakirə yaradıb
Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır