Bütün məktəblərdə pəncərələr ləğv edilir - Nazirlikdən QƏRİBƏ QƏRAR
162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir.
İntihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib. Belə ki, daxil olan məlumata görə, nazirlik bütün məktəblərə qeyri-rəsmi formada tapşırıq verib ki, yuxarı mərtəbələrdə pəncələri ləğv etsinlər. Bu barədə məlumat verən şəxs deyir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlılar quraşdırılır.
Mənbə deyir ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncələr ləğv edilib.(Bakupost)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir I siniflərlə bağlı əmr imzaladı
Universitetlərdə dövlət imtahanı ləğv olundu
Məktəb ölən şagirdlə bağlı məlumat yaydı
Təhsil Nazirliyinin əksər tenderlərinin qalibi hansı şirkətdir?
Xaricdə təhsillə bağlı YENİLİK