Buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən məktəblərin adları açıqlandı
“Buraxılış imtahanlarının nəticələrinə görə 4 il ərzində məktəblərin irəliləməsi və gerilələməsi rayonlar üzrə təhlil edilib”.“Ölkə.Az” xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
O bildirib ki, şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.
Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: “2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 %, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?