“Bundan sonra da vicdanlı olacağam” - Abid Şərifov
“79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.
Minval.İnfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.
Baş nazirin sabiq müavini mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi barədə yazılanlara etiraz edib:
“Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.
Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib:
“Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də insanlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ mənlik deyil daha”.
A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib:
“Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!