Bu tələbələrin təhsil haqları sentyabrdan dövlət hesabına ödəniləcək

I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilinin sentyabr ayından qüvvəyə minəcək.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir hazırda ali məktəblərdə həmin kateqoriyaya aid 2500-ə yaxın tələbənin təhsil aldığını söyləyib.
C.Bayramov əlavə edib ki, orta məktəblərdə dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb:
“Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” dərsliyində rast gəlmək mümkündür. Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təhsilə ən çox pul yatıran ölkələrin reytinqi hazırlandı: TOP-5
Pensiya yaşına çatmış müəllimlərə VACİB XƏBƏR
DİM dövlət qurumlarında boş olan yerlərə qəbul imtahanı keçirəcək
“Məktəblərin açılması real görünmür” - Nazir müavini
"Buraxılış imtahanlarında heç bir amil nəzərə alınmayacaq"- DİM-dən açıqlama