Bu rayonlarda mineral gübrələrin güzəştli satışı keçiriləcək
Şəki, Oğuz, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabulda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.
Trend bildirir ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Növbəti satış Şəki, Oğuz, Kürdəmir, Şamaxı və Hacıqabulda təşkil ediləcək.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Səyyar satış Şəkidə sentyabrın 17-də Qayabaşı kəndində, Qobustanın Sündü kəndində, sentyabr ayının 18-də Şəkinin Kiçik Dəhnə, Şamaxının Ovculu kəndində, sentyabrın 19-da Şəkinin Baş Layısq kəndində, Kürdəmirin Karrar kəndində, sentyabr ayının 20-də Hacıqabulun Nəvahi kəndində, sentyabrın 20-də Oğuzun Padar kəndində, sentyabrın 21-də isə Hacıqabulun Udulu kəndində, həmçinin Xaçmazda həyata keçiriləcək.
Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri – torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi