Bu rayona 13 sm qar yağdı - Faktiki hava
Azərbaycanda dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.
Havanın temperaturu: iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.
Qeyd edək ki, qeyri-sabit, yağıntılı, soyuq hava şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir