Bu ölkədə koronavirusa görə yataq qıtlığı yaşanır

Yaponiya koronavirus xəstələrinə görə yataq qıtlığı yaşayır.
Minval.info xəbər verir ki, Yaponiya hökuməti koronavirusun “Delta” ştammının artmasından sonra xəstəxanalarda yataqların sayında kütləvi azalmaların olduğunu açıqlayıb.
Səhiyyə Nazirliyi yataq tutumunu artırmaq üçün müxtəlif üsullar tətbiq etməyə çalışır.
Belə ki, paytaxt Tokio da daxil olmaqla 47 əyalətdən ən azı 25-də COVİD-19 xəstələrinin yerləşdirilməsi və müalicəsi üçün müvəqqəti mərkəzlər yaradılıb.
Fukui əyalətində bir idman zalı müvəqqəti xəstəxanaya çevrilib, Ehime əyalətində isə COVİD-19 xəstələri otellərdə müalicə edilir.
Hazırda bu ölkədə koronavirusa 2 milyona yaxın insan yoluxub. Virusdan ölənlərin sayı isə 16 min 721-ə yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!