Bu ölkə Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib

Yaponiya bu ilin oktyabr ayından Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib.
Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katori Yaponiya imperatorunun doğum gününə həsr olunmuş tədbirdə bildirib.
Səfir qeyd edib ki, hər il təxminən 30 milyon turist Yaponiyaya səfər edir. Diplomatın sözlərinə görə, turistlərin axını artmaqdadır.
Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə əlavə edib ki, iki ölkə arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətləri olub: “Azərbaycan və Yaponiya dünyada sülh və təlükəsizliyə həmisə töhfə verib. Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi mühümdür”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!