Bu müəllimlərin maaşları artırıldı - Bölgələrdə çalışan müəllimlərin maaşları isə...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb. Diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin maaşı artırılıb.
“Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci dərs ili üçün 1349 vakansiya təqdim olunub. Tədris ilinin əvvəlinə 990 nəfər daimi əsaslarla işə qəbul olunub”.
Minval.info xəbər verir ki, bu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında əksini tapıb.
Hesabatda bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 900-dən artıq müəllim işə qəbul üçün göndərilib: “2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 04.06.2018-ci il tarixdə start verilən müəllimlərin yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 641 vakansiya təqdim olunub”.
Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqısı artırılıb: “Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədə müəyyən səbəblərdən iştirak etməyən və ya öz nəticələrini yaxşılaşdırmaq məqsədilə təkrar iştirak etmək istəyən 2622 nəfər müəllim, direktor və direktor müavini diaqnostik qiymətləndirməyə qatılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?