Bu marşrut avtobusunun hərəkəti dəyişdirildi
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.
Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.
67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xətai rayonunda üç küçə bağlanır!
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Azərbaycanda unun topdansatış qiyməti artdı
Nərimanov və Yasamalda gəlirli biznes imkanları
Bakıda su kollektorunun problemi niyə həll olunmur?