Bu məşhur obyektlər Xəzəri çirkləndirib

Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov “Minval.info”ya bildirib ki, monitorinqlər zamanı Xaçmaz rayonunun sahil zolağında fəaliyyət göstərən “Bulaq” və “Üç Qardaş” istirahət mərkəzlərindən tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:
“Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində və vətəndaş Yusif Abdullayevə məxsus kafedə məişət tullantılarının qalaqlanması faktları aşkar olunub”.
İdarənin rəsmisi qeyd edib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?