Bu il Bakıda 7 min sərxoş sürücü saxlanılıb

Bu il yanvarın 1-dən bu günə qədər Bakıda avtomobili sərxoş idarə edən 7 min sürücü aşkarlanıb.
Minval.info xəbər verir ki, bunu çərşənbə günü Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, bu il Bakı şəhəri üzrə 553 mindən artıq inzibati protokol tərtib edilib:
“Onlardan təxminən 720-si polisin qanuni tələbini yerinə yetirməmə, 70-dən artığı avtoxuliqanlıq, 7 mindən artığı sərxoş vəziyyətdə avtomobilin idarə olunması, 33 mini kəmərdən istifadə etməmə, 13 min 721-i əldə mobil telefon saxlamaqla avtomobil idarə etmə, 3219-u ötmə manevr qaydalarının pozulması, 45 min 749-u yol ayrıclarının keçmə qaydalarının pozulması ilə bağlıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?