Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xətti ləğv edilir, yeni çəkilmiş diametri 108 mm-lik qaz xətti müvcud şəbəkəyə qoşulur, Suraxanı rayonu ərazisində qaz tənzimləyici quraşdırılır, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) isə yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsi yeni çəkilmiş qaz xətti ilə əvəz edilir.
Bununla əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
190 manat hansı şəhər və rayonların əhalisinə veriləcək SİYAHI
Yeni metro stansiyasının tikintisindən - Fotolar
Sürücülərin DİQQƏTİNƏ! Avtomobilinizi yanmaqdan belə qoruyun - VİDEO
Nikaha daxil olmaq üçün prosedurlar – Qanunvericilik nə deyir?
İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş
“Ailədən bir nəfər maaş alırsa, digər üzvlərə yardım olmayacaq”
Yeni sosial evlərin satılacağı vaxt bəlli oldu - VİDEO