Brüsseldə Azərbaycana dəstək nümayişi keçirildi
Azərbaycan-Belçika Dostluq Cəmiyyəti Azərbaycana dəstək nümayişi təşkil edib.
“Minval.info” TRT-yə istinadən xəbər verir ki, Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanına toplaşan nümayişçilər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar.
Onlar “Bu, bizim birgə qələbəmizdir”, “Qarabağ Azərbaycandır”, “Allah bizi erməni terrorçularından xilas edənlərdən razı olsun”, “Allah Türk millətini daim qorusun”, “Azərbaycan və Türkiyə həmişə qardaşdır və bir yerdədir” şüarları səsləndirilib.
Azərbaycan-Belçika Dostluq Dərnəyinin prezidenti Ayhan Dəmirçi bildirib ki, aksiyanın keçirilməsində məqsəd Prezident İlham Əliyevə dəstək nümayiş etdirməkdir.
Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!