Britaniyada koronavirusun yeni ştamı aşkarlandı

Böyük Britaniyada koronavirusun yeni ştamı peyda olub və artıq yayılmağa başlayıb.
“Minval.info” “Financial Times”a istinadən xəbər verir ki, yeni ştam “AY.4.2” adlanır.
Nəşrin məlumatına görə, sözügedən ştam koronavirusun “Delta” ştamının bir növüdür. Lakin bununla yanaşı, “AY.4.2” orijinal versiya ilə müqayisədə 10-15% daha çox yoluxuculuğa sahibdir.
London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballunun sözlərinə görə, yeni ştam pandemiya başlayandan bu yana koronavirusun ən yoluxucu versiyası ola bilər.
Mütəxəssis bildirib ki, “AY.4.2” ştamı hələ ki, yalnız Böyük Britaniya ərazisində qeydə alınıb və hazırda ölkədə aşkar olunan bütün yoluxma hallarının 10%-i məhz bu ştamın üzərinə düşür.
Bununla yanaşı, Kembric Universitetinin klinik mikrobiologiya üzrə professoru Ravi Qupta qeyd edib ki, “AY.4.2” ştamının “Britaniya” və “Hind” ştamları kimi koronavirusun əhəmiyyətli dərəcədə yayılmasına səbəb olması ehtimalı azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!