Britaniya xilasetmə qrupunun direktoru: “Mən belə bir şey görməmişdim”
Kahramanmaraş zəlzələlərindən sonra Türkiyədəki xilasetmə işlərinə qatılan İngiltərənin ən böyük axtarış-xilasetmə təşkilatı UK ISAR direktorlarından biri olan David O’Neill, o anlarla bağlı öz təəssüratını bölüşüb.
AZXEBER.COM xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra dünyanın hər yerindən Türkiyəyə axın edən xarici xilasetmə qrupları dağıntılar üzərində işlərini davam etdirir.
Çox sayda insanı dağıntılar altından çıxarmağı bacardıqlarını qeyd edən Neill bu xilasetmə əməliyyatlarının İngiltərə tarixində ən uğurlu xilasetmə əməliyyatı olduğunu bildirib.
İngilis XIlasetmə qrupunun direktoru: “Mən əvvəllər belə bir şey görmədim. Burada həqiqətən də böyük bir faciə baş verib. Bunu “əsrin faciəsi” adlandırmaq olar”,- deyə o bildirib.
Digər tərəfdən, Britaniya xilasetmə qrupları dünən Hatayda dağıntılar altından sağ qalan zəlzələ qurbanlarını dağıntı altından çıxarmağı da bacarıb. İngiltərə mətbuatı dünən İngiltərədən gələn qrupların Hatayda bir qadını dağıntılar altından çıxardığı anları paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fuad Abbasov bu gecə Bakıda olacaq
Səlim Müslümov HƏBS EDİLDİ
Mehman Hüseynovla bağlı qərar verildi
Mikayıl Cabbarov: “Azərbaycanda ərzaq ehtiyatı kifayət qədərdir” - VİDEO
Şirvanda karantin rejimini pozan “jurnalist” həbs edildi - FOTO