BQXK: "Dünyada 210 mindən çox itkin düşmüş şəxs var"
Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən qeydiyyata alınmış 210 mindən çox itkin düşmüş şəxs var.
“Minval.info” xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer bildirib.
“Biz, hər qapı döyüntüsünü oğlunu görmək ümidilə açan analarla daim əlaqədəyik. İkinci Qarabağ Müharibəsinin başlaması ilə itkin düşmüş şəxslər məsələsi həm daxili, həm də beynəlxalq gündəlikdə yenidən aktuallaşıb”,- A.Bauer deyib.
O əlavə edib ki, BQXK itkin düşmüş şəxslərin talelərinin araşdırılmasında hökumətə dəstək verməyə hazırıq.
“Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd edərkən itkin düşmüş şəxslərin ailələri ilə həmrəyliyimizi ifadə edirik. Biz göstərmək istəyirik ki, onlar tək deyil və onların öz doğmalarının taleyi barədə xəbərdar olmaları üçün əlimizdən gələni edirik”, – BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!