Böyük Britaniyanın Breksit məsələləri üzrə naziri istefa verib
Böyük Britaniyanın Breksit məsələləri üzrə naziri Dominik Raab istefa verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün istefaya getdiyini bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın Nazirlər Kabineti noyabrın 14-də axşam saatlarında 5 saatlıq müzakirələrdən sonra Brexit üzrə sazişin mətnini təsdiqləyib. Buna baxmayaraq, Krallığın hökumət üzvlərinin təxminən 30 faizi sənədin əleyhinə çıxıb. Eyni vaxtda Avropa Komissiyası da Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə saziş layihəsini elan edib. Layihə bu prosesin bütün vacib aspektlərini – keçid dövrünü, maliyyə məsələlərini, vətəndaşların hüququnu, həmçinin İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokolları əhatə edir.
Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!