Böyük Britaniya Əfqanıstandan qoşunların çıxarılması əməliyyatını başa çatdırıb
Böyük Britaniya Əfqanıstandan mülki şəxslərin və hərbçilərin çıxarılması əməliyyatını başa vurub.
“Minval.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın bu ölkədəki səfiri Lori Bristou bildirib.
Onun sözlərinə görə, avqustun 13-dən etibarən Birləşmiş Krallıq hökuməti Əfqanıstandan təxminən 15 min mülki şəxsi və min hərbçini çıxarıb. “Əməliyyatın bu mərhələsinə son qoymağın vaxtı çatıb. Amma biz hələ də ölkəni tərk etmək istəyən insanları unutmamışıq. Onlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Həmçinin Əfqanıstanın cəsur və ləyaqətli insanlarını da unutmamışıq. Onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”, – Bristou Kabul hava limanından videomüraciətində bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş həyat yoldaşını öldürməyə gedən şəxs, elə yoldaca saxlanıldı
Türkiyədə terror həyəcanı - Partlayış anı kameraya düşdü - VİDEO
100 yaşlı qadının bu hərəkəti hamını təəccübləndirdi
Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları - SİYAHI
Qəhvənin orqanizmə daha bir faydası
“Putin üçün ölməyə hazıram” – İş adamından ŞOK SÖZLƏR
İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötüb