Boş qalan yerlərə ixtisas seçimi başladı!
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə həyata keçiriləcək.
Minval.info xəbər verir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 7-ci nömrəsində müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim ediləcək. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?