Borson: “Mançester Siti”nin ciddi cəzalarla üzləşə bilər
“Mançester Siti” futbol klubu maliyyə pozuntuları ilə əlaqədar yeni və ciddi mərhələyə qədəm qoyub. Klubun keçmiş maliyyə məsləhətçisi Stefan Borson, “TalkSPORT”a verdiyi açıqlamada Premyer Liqadan aşağı liqaya düşmək də daxil olmaqla, “Mançester Siti”nin sərt cəzalarla üzləşə biləcəyini qeyd edib.
Minval.info xəbər verir ki, Premyer Liqa 2023-cü ilin fevral ayında “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə əlaqədar 115 maddə üzrə ittiham edib. Müstəqil komissiyanın dinləmələri 2024-cü ildə tamamlanıb və qərarın yaxın zamanda ictimaiyyətə açıqlanması gözlənilir. Məlumatlara görə, klub demək olar ki, bütün ittihamlar üzrə təqsirli bilinir.
Keçmiş maliyyə məsləhətçisi Borson, klubun bu qərardan apellyasiya şikayəti verəcəyini gözlədiyini bildirib. Lakin o, faktlarla bağlı qərarın apellyasiya mərhələsində dəyişdirilmə ehtimalının çox aşağı olduğunu vurğulayıb.
Borson həmçinin bildirib ki, klub komissiyanın qərəzli olması və prosesin uzun sürməsi ilə bağlı hüquqi arqumentlər irəli sürə bilər. Ancaq keçmiş məsləhətçi bu etirazların uğur qazanmaq ehtimalını aşağı qiymətləndirib.
Sonda Borson, “Mançester Siti”ni çox ciddi cəzanın gözlədiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Şamaxı" klubunun diktoru Yaqub Rəhimli dünyasını dəyişdi
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığması İrlandiyaya məğlub oldu
İrlandiya futbolçuları İsrail ilə oyundan öncə əl sıxmaqdan imtina etdi
Messi MLS-də növbəti möhtəşəm qolu ilə yadda qaldı
Arda Turan Lamin Yamala dəstək oldu: "Sən futbolu gözəlləşdirirsən"
Belçika və Fransa qarşılaşması: Millətlər Liqasında gərgin duel
Kriştiano Ronaldo 18 ildən sonra ilk dəfə ehtiyatda qaldı