Borca görə axtarışda olan 18 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli altı fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anası ilə birlikdə öldürülən gənc müəllimənin FOTOSU
Şəkidə çörək sexində FACİƏ
Bakıda faciəvi şəkildə ölən tibb bacısının görüntüləri yayıldı - FOTO
SOCAR neftçiləri təxliyə etdi
Bakıda avtobus sürücüsü dəhşət saçdı
Bakıda ərəb turist öldü
Universitetin sabiq şöbə müdiri 226 min manatlıq yeyintidə ittiham olunur