07.08.2026 - 14:56
Lent 25 baxış

Bizon lotereyasında daha 4 nəfər avtomobil sahibi oldu: Qaliblərin adları açıqlandı!

Bizon lotereyasının “13 həftə, 13 avtomobil” kampaniyası çərçivəsində iyul ayı üzrə daha 4 avtomobilin qalibi müəyyən edilib.

Minval.info xəbər verir ki, V tirajın qalibi Nəsimi Quliyev, VI tirajın qalibi Salman Səmədov, VII tirajın qalibi Xanım Həmidova və VIII tirajın qalibi Tamerlan Əsədov olub. Bu qaliblərə avtomobilləri rəsmi mərasimdə təqdim edilib.

Kampaniya çərçivəsində keçirilən bütün tirajlar canlı yayımlanır və şəffaflıq tam təmin olunur. İştirakçılar tirajları real vaxtda izləyə bilirlər.

“13 həftə, 13 avtomobil” kampaniyası davam edir və hər həftə yeni bir avtomobil oynanılır. İndiyə qədər 8 avtomobil sahibini tapıb, lakin daha 5 avtomobil yeni qaliblərini gözləyir.

Lotereyada iştirak etmək üçün “Bizon” məhsullarının qapaq altındakı unikal kodları promo.bizon.az saytında qeydiyyatdan keçirmək lazımdır.

Kampaniyanın əsas mükafat fondu 13 avtomobildən ibarətdir və qaliblər təsadüfi seçimlə müəyyən edilir. Ətraflı məlumatı promo.bizon.az/rules ünvanından əldə etmək mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: