“Bacısının döşünə kamera qoymuşdu” – Biznesmenin həbsxana hekayələri - VİDEO
ARB TV-nin “Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib.
Oqtay Quliyev (cəzası 9 il): “20 il Rusiyada yaşadım. Ailəmlə birlikdə işləyib, yaşayırdım. Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər.
Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.
https://www.youtube.com/watch?v=Q1LjHrN_jQM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir