“Bizdə 5 uşağı olana 55 manat, Rusiyada isə ev verilir”

Milli Məclisdə büdcə müzakirələri davam edir. Deputatlar “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” layihənin müzakirəsinə başlayıblar.
Minval.info xəbər verir ki, deputat Elnur Allahverdiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına ayrılan müavinətlərin məbləğinin artırılmasını təklif edib. Həmçinin deputat əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlərin daha çox olduğunu, qazilərin də onlara verilən əlillik qruplarından razı olmadıqlarını dilə gətirib.
Deputat Vüqar İskəndərov isə orduda xidmət edən müddətdən artıq hərbi qulluqçuların maaşlarının artırılmasını təklif edib.
Digər millət vəkili Qüdrət Həsənquliyev isə çıxışında 10 yaşına qədər uşaqlara müavinət verilməsini təklif kimi irəli sürüb. Deputat həmçinin ünvanlı sosial yardımların verilməsi ilə bağlı siyahıların hazırlanmasının bələdiyyələrə tapşırılmasını təklif edib: “Azərbaycanda boşanmaların sayı artır. Buna görə də tək uşaq böyüdən analara məvacib ayrılmalıdır. Bizdə 5 uşağı olana 55 manat müavinət verilir. Qonşu Rusiyada isə mənzillər verilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?