Binəqədidə musiqi üstündə oğlanı döyüb öldürdülər — TƏFƏRRÜAT
Hadisə Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən Aşıqlar kafesində qeydə alınıb.
Minval.info “ölkə.az”a istinadən xəbər verir ki, kafenin işçiləri ilə müştəri Həmzəyev Cavid Şahid oğlu arasında mübahisə düşüb, nəticədə sonuncu möhkəm döyülüb. Ağır xəsarət alan C.Həmzəyev Xırdalanda yerləşən təcili tibbi yardım stansiyasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Xaliq Mustafayev adlı şəxs saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. C.Həməzyevin həm sifarişi kəsilib, həm də döyülüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi