Biləsuvarda qanlı hadisə — 73 yaşlı qısqanc ər arvadını öldürmək istədi
Biləsuvar rayonunda ər arvadını bıçaqlayıb.“Ölkə.Az” xəbər verir ki, Biləsuvar şəhər sakini, 1961-ci il təvəllüdlü Mirzəyeva Təzəgül Hüseynxan qızı bıçaq xəsarətləri alaraq Biləsuvar Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Hadisədən xəbər tutan polis əməkdaşları dərhal araşdırmalara başlayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, qanlı hadisəni qadının əri 1946-cı il təvəllüdlü Əhmədov Sahib Mustafa oğlu törədib.
Məlum olub ki, 73 yaşlı Sahib Əhmədov qısqanclıq zəminində, yaşadığı evin həyətində Təzəgül Mirzəyeva ilə mübahisə edib. Mübahisə zamanı ər arvadına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Hadisəni törədən Sahib Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir