Biləsuvarda narkotacirlər tutuldu
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 1 kq-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “minval”a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.
Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kq 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir