Biləsuvarda əkin sahələri susuz qalıb, qıtlığa səbəb ola bilər
Biləsuvar rayonunda əkin sahələrində su qıtlığı yaranıb.
Bu barədə “Report”un yerli bürosuna fermerlər məlumat verib.
Onların sözlərinə görə, sahələrdə təkrar əkin aparılıb. Lakin mövsümi suyun olmaması problemlər yaradıb:
“Bitkilərin əsas vegetasiya dövründə suyun olmaması məhsuldarlığa ciddi təsir göstərə bilər. Bu da kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb ola bilər. Görürsünüz ki, biz necə çətin vəziyyətdə bitki yetişdiririk. Keçən il yenə su var idi. Bu il vəziyyət daha pisdir. Suyumuz bol olsa, məhsul da bol olar. Hər kəs əkər, ucuzluq olar”.
Fermerlər problemdən digər çıxış yolunu tapıblar. Onların sözlərinə görə, çıxış yolu artezian quyularının qazılmasıdır.
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsi “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, əkin sahələrində susuzluğun yaranmasına səbəb Araz çayında suyun səviyyəsinin aşağı düşməsidir: “Araz çayında suyun səviyyəsi artarsa, bu ərazilər su ilə təmin olunacaqdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Amazon 10 min işçini ixtisar etməyi planlaşdırır
"Dörd gömrük işçisi barəsində cinayət işləri başlanıb"
Manat tam üzən məzənnəyə keçəcək
Rəhman Hümmətov “Wizz Air” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
Rövnəq Abdullayev Vahid Ələkbərovla görüşüb
Xaricdən 7 manata alıb, Bakıda 20 manat satılan yağı daha da bahalaşacaq