Bıçaqladığı qadın 7-ci arvadı olub
Kürdəmir rayonunda 2 qadını bıçaqlayan şəxs özünə xəsarət yetirib.
“Qafqazinfo”nun məlumatına görə, ötən gecə Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində arvadı, 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.
Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə – anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir