“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi keçirilib

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən “Minval.info”a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən “Mədəniyyət Ordusu” müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.
Tədbir atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir