Beş yüzdən çox miqrant Polşa-Belarus sərhədini tərk etdi

500-dən çox miqrant Belarus-Polşa sərhədində “Bruzgi” keçid məntəqəsi yaxınlığında yerləşən düşərgəni tərk edib.
“Minval.info” “TASS”a istinadən xəbər verir ki, Belarus sərhədçiləri 70-100 nəfərdən ibarət qruplar şəklində miqrantları sərhəd xəttindən təxminən yarım kilometr aralıda yerləşən “Bruzgi” nəqliyyat-logistika mərkəzinin binasına qədər müşayiət ediblər.
Qeyd edək ki, son günlər Polşa və Belarus sərhədində vəziyyət kəskin xarakter alıb. Avropa ölkələri bu miqrant böhranına görə Belarus tərəfini günahlandırırlar. Belarus isə öz növbəsində, miqrant axınının güclənməsində hər hansı rol oynadığını təkzib edir.
Hazırda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi müzakirə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!