09.10.2026 - 15:58
Bərdədə xəstənin ölümünə səbəb olan həkimə məhkəmə cəzası verilib
Hadisə 118 baxış

Bərdədə xəstənin ölümünə səbəb olan həkimə məhkəmə cəzası verilib

Baku.ws-ın məlumatına görə, Bərdədə doğuşdan üç gün sonra həyata keçirilən cərrahiyyə əməliyyatı nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən həkim Zaur Əliyevin məhkəməsi başa çatıb.

Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Zaur Əliyev 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həkimə Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdü ki, bu da tibbi xidmətin göstərilməsi qaydalarının pozulması və ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlıdır.

Hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirdikdən sonra səhhətində problemlər yaranıb və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyat edilən qadının vəziyyəti ağırlaşmış və o, həyatını itirmişdi.

Zaur Əliyev əvvəllər də Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş və qazancının 20 faizi dövlətə ödənilməklə bir il müddətinə islah işlərinə cəlb edilmişdi. Bu məhkumluğu artıq ödənilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: