Şimali Kipr sahillərində batan gəmidən daha bir cəsəd tapıldı
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində batan sərnişin gəmisindən daha bir sərnişinin cəsədi tapılıb. Bu barədə ŞKTR Baş Nazirliyi çərşənbə günü məlumat yayıb.
Minval.info xəbər verir ki, baş nazirliyin bəyanatında davam edən axtarış-xilasetmə əməliyyatları çərçivəsində daha bir cəsədin tapıldığı bildirilib. Hakimiyyət orqanları mərhumun kimliyinin müəyyənləşdirilməsi üçün zəruri prosedurlara başlayıblar.
Hadisə nəticəsində həyatını itirənlərin sayı 25-ə çatıb, hələ də itkin olan üç nəfərin axtarışları isə davam edir.
Filo Jet adlı yüksək sürətli sərnişin gəmisi, 30 avqust bazar günü günorta saatlarında Girne limanından Mersinin Taşucu limanına doğru yola düşdükdən qısa müddət sonra su almağa başlayıb. Gəmi, Girne limanına geri dönməyə çalışarkən batıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu
ABŞ-da ölüm cəzasına məhkum Krista Payk uğursuz edamdan sonra sağ qalıb
Xəzərdəki faciə ilə bağlı Qazaxıstanda sabiq komandan həbs edildi
İstanbulda məktəb bıçaqlanması: bir şagird həlak olub, səkkiz yaralı
Təyyarədə terror cəhdi edən pilotun qarşılaşacağı cəza açıqlandı
Azərbaycanlıların olduğu gəmiyə hücumun detalları açıqlanıb