07.10.2026 - 13:34
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu
Hadisə 7 baxış

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu

Rusiya-Ukrayna müharibəsi zamanı azərbaycanlı həkim Vahab Quliyev dron hücumu nəticəsində həyatını itirib. 58 yaşlı həkim, Lənkəranın Separadi kəndindən olan Vahab Quliyev, Ukrayna tərəfindən hərbi xidmətə çağırılmışdı.

Minval.info xəbər verir ki, Vahab Quliyev, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün müharibənin başlamasından bir il sonra hərbi xidmətə daxil olub. Xidmət müddətində iki dəfə yaralanan həkim, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olmuş, Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını almışdır. O, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

Quliyev 30 ildən artıq müddət ərzində Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülməkdədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: