Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı baş verib. Hadisə 2023-cü il oktyabrın 8-də qeydə alınıb.
Baku.ws-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə açıqlama yayıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş sahədə mal-qara otararkən piyadaəleyhinə minaya düşüb. Nəticədə, Orxan Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara mina təhlükəsi işarələrinə diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı, tanımadıqları ərazilərə daxil olmamağı və çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vyanada 85 yaşlı qadına hücum edildi
Abşeronda hüquqpozmalara qarşı növbəti tədbirlər keçirilib
İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var
Şimali Kipr sahillərində batan gəmidən daha bir cəsəd tapıldı
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu
ABŞ-da ölüm cəzasına məhkum Krista Payk uğursuz edamdan sonra sağ qalıb