08.10.2026 - 13:19
İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var
Hadisə 260 baxış

İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binasının çöküşü faciə ilə nəticələnib. Publika.az-ın məlumatına görə, binada yaşayan 33 nəfərdən 10-u dağıntılar altından sağ çıxarılıb, 2 nəfərin isə cansız bədəni tapılıb. Hal-hazırda dağıntılar altında qalan digər iki nəfərin xilas edilməsi üçün işlər davam etdirilir.

Dağıntı riski səbəbindən axtarış-xilasetmə əməliyyatları müvəqqəti olaraq dayandırılıb, lakin xüsusi cihazlarla dinləmə aparılır. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq çərçivəsində binanın layihələndirilməsi, tikintisi və təmiri zamanı hər hansı səhlənkarlığın olub-olmadığı araşdırılır.

Hadisə Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda, Cevizli məhəlləsinin Doğu küçəsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım qrupları cəlb olunub. İlkin məlumatlara görə, binanın ilk iki mərtəbəsi tamamilə çöküb, lakin üst mərtəbələrdə qalanlar xilasetmə qruplarının yardımı ilə təxliyə edilib. 14 yaşlı uşaq da dağıntılar altından sağ çıxarılıb və onun həyati təhlükəsinin olmadığı bildirilir.

Dağıntıların səbəbi hələlik məlum deyil və araşdırmalar davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: