Şahzadə Harri və Meqan Markl üzr istəməyəcək
Böyük Britaniya krallıq ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-a köçən Sasseks Dükü Şahzadə Harri və həyat yoldaşı Meqan Markl, 2021-ci ildə verdikləri televiziya müsahibəsində saray üzvlərinə yönəltdikləri tənqidlərə görə ailədən üzr istəmək niyyətində deyillər.
Minval.info xəbər verir ki, “Daily Mail” qəzetinə danışan bir mənbə, İngilis mediasında çıxan iddiaların əksinə, cütlüyün keçmiş iddialar üçün krallıq ailəsindən üzr istəyəcək və Şahzadə Uilyam və Keyt Middlton ilə xüsusi görüş keçirmək istəyəcəklərinin gerçək olmadığını bildirib.
Meqan Markl, 2021-ci ilin mart ayında ABŞ-ın CBS kanalında Opra Uinfriyə verdiyi müsahibədə, hamiləlik dövründə krallıq ailəsindən bir nəfərin doğulacaq övladları Şahzadə Arçinin “dərinin rənginin nə qədər tünd ola biləcəyinə” dair şərhlər etdiyini iddia etmişdi.
İngiltərə Kraliçası II Elizabetin həyatının son dövründə krallıq ailəsini irqçilik ittihamları ilə üz-üzə qoyan bu açıqlamalarda cütlük, bu sözləri hansı ailə üzvünün dediyini ictimaiyyətə açıqlamamışdı.
Opra Uinfri isə daha sonra Harrinin ona bu şəxsin Kraliça Elizabet və ya həyat yoldaşı Şahzadə Filip olmadığını təsdiqlədiyini bildirib.
Cütlüyə yaxınlığı ilə tanınan krallıq yazarı Omid Skobi, 2023-cü ildə yazdığı kitabında Marklın Kral Çarlza göndərdiyi xüsusi məktublarda adı çəkilən iki krallıq üzvünü müəyyən etdiyini iddia edib.
ƏLAQƏLİ
Aİ texnologiyası ilə saxta jurnalistlər: İran və Rusiya təbliğatı ifşa edildi
Skobinin “Endgame” adlı kitabının Felemenk dilinə tərcüməsində Çarlz və Keytin adlarının yer alması səbəbindən nəşriyyat qurumu səhv səbəbindən çapı geri çəkib. Yazar Skobi isə bu adların keçdiyi bir mətn hazırlamadığını müdafiə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Donetskdə 35 nəfər həlak oldu, Rusiya Belgorodda dörd ölüm bildirdi
Türkiyədən Qara dənizdə yeni ticarət dəhlizi təklifi
ABŞ-da artan qiymətlər Trampın reytinqinə təsir edir
Putinin təbliğatçısı həyat yoldaşı ilə birlikdə Monteneqroda saxlanıldı
Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
2026 Nobel Sülh Mükafatı Navi Pillaya təqdim olundu