SON DƏQİQƏTanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var
Azərbaycanda bir çox sahədə, o cümlədən diri heyvan bazarında idxalçı kimi fəaliyyət göstərən “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin baş mütəxəssisi Rüfət Qalib oğlu Səfiyev böyük məbləğdə mənimsəmədə təqsirləndirilir.
Cinayət işi həvalə qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaq olunub.
İstintaqla müəyyən edilib ki, “Retro Holding”in məsul əməkdaşı Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulan 1 milyon 500 min manat vəsaiti mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq. Təqsirli bilinəcəyi halda Səfiyevə 14 ilə kimi həbs cəzası verilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə xəstənin ölümünə səbəb olan həkimə məhkəmə cəzası verilib
Vyanada 85 yaşlı qadına hücum edildi
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
Abşeronda hüquqpozmalara qarşı növbəti tədbirlər keçirilib
İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var
Şimali Kipr sahillərində batan gəmidən daha bir cəsəd tapıldı
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir