09.10.2026 - 16:18
Türkiyədən Qara dənizdə yeni ticarət dəhlizi təklifi
Dünya 203 baxış

Türkiyədən Qara dənizdə yeni ticarət dəhlizi təklifi

Türkiyə hakimiyyəti, Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini artırmaq məqsədilə yeni bir təşəbbüs irəli sürüb. Publika.az-ın xəbərinə görə, “Milliyet” qəzeti bu plana dair ətraflı məlumat yayıb.

Təklifə əsasən, Rusiya və Ukrayna mülki gəmiləri üçün fərqli marşrutlar yaradılması nəzərdə tutulur. Bu çərçivədə, Ukrayna limanlarından çıxan gəmilər üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına təhlükəsizlik dəhlizi açılması planlaşdırılır. Rusiya ticarət gəmiləri isə Gürcüstan və Türkiyə sahilləri boyunca hərəkət edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, münaqişə tərəflərinə bu yeni səyahət marşrutlarının yaradılması təklifini çatdırıb. Lakin “Milliyet” qəzetinin məlumatına görə, Moskva və Kiyev hələlik bu təklifə dəqiq cavab verməyiblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: