Abşeronda hüquqpozmalara qarşı növbəti tədbirlər keçirilib
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər həyata keçiriblər. Baku.ws-ın məlumatına görə, bu tədbirlər çərçivəsində müxtəlif cinayət faktları aşkarlanıb və bir sıra hüquq pozuntularına qarşı inzibati tədbirlər görülüb.
Tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt müəyyən edilib. Eyni zamanda, müxtəlif cinayətlərdə şübhəli bilinən və axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt qeydə alınıb. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görüb və yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb edilib.
Masazır qəsəbəsində avtoxuliqanlıq edən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev və narkotik təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıb. Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb və o, əlavə olaraq inzibati həbs tənbehi ilə cəzalandırılıb.
Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb. Abşeron rayonu ərazisində hüquqpozmaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vyanada 85 yaşlı qadına hücum edildi
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var
Şimali Kipr sahillərində batan gəmidən daha bir cəsəd tapıldı
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu
ABŞ-da ölüm cəzasına məhkum Krista Payk uğursuz edamdan sonra sağ qalıb